Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsgər Abbasov Məmməd Abbas oğlu mübahisə zəminində avtomat silahdan atəş açaraq əsgər Həsənov Emil Qılman oğlunu qətlə yetirib, sonra isə özünü öldürüb. Silah avtomatik rejimdə olduğundan yaxınlıqdakı iki əsgər yaralanıb. Onların vəziyyəti kafidir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Ordusunda silahlı insident baş verib, iki əsgər ölüb, ikisi yaralanıb
Martın 29-da Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölümlə nəticələnən cinayət hadisəsi baş verib.




Şərhlər