Hadisə

Azərbaycan Ordusunda daha bir itki

Silahlı Qüvvələrin əsgəri xəstəlikdən dünyasını dəyişib

· Xəbərçi
Azərbaycan Ordusunda daha bir itki
Azərbaycan Milli Ordusunda ölüm hadisəsi qeydə alınıb. Ağdam rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Hüseynov Sarvan Vidadi oğlu Müdafiə Nazirliyinin Naxçıvandakı “N” saylı hərbi hissəsində qızılca xəstəliyindən vəfat edib.

Əsgərin meyiti fevralın 9-da doğulduğu Ağdam rayonunun Eyvazlı kəndinə gətirilib və torpağa tapşırılıb. Qohumları faktla bağlı əlavə məlumat verməyiblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev faktı təsdiqləyib. O, əsgərin qızılcadan deyil, böyrək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.

Şərhlər