Azərbaycan Ordusu daha bir əsgərini itirib
07 Avqust 2012 Çərşənbə Axşamı 12:23
19 yaşlı əsgər yeməkxananın damından yıxılaraq dünyasını dəyişib.
Azərbaycan Ordusu daha bir əsgərini itirib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Lənkəranda yerləşən “N” saylı hərbi hissəsində, qeydə alınıb. Əsgər, 19 yaşlı Kamal Sahib oğlu Alıyev avqustun 1-də yeməkxananın damından yıxılaraq xəsarətlə hospitala yerləşdirilib. Lakin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. K. Alıyev avqustun 3-də dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, S. Alıyev Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar