Onların sözlərinə görə, əsgər dünən Saatlıda yerləşən hərbi hospitalda vəfat edib.
Cəbhə xəttində yerləşən Müdafiə Nazirliyinə məxsus “N” saylı hərbi hissənin əsgəri, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Ramiz Oqtay oğlu Atayev xəstəlikdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında əsgərin ölüm faktını təsdiqləyib. Hadisənin noyabrın 3-də, gecə saatlarında baş verdiyini deyən T. Abdullayev əsgərin ölümünə orqanizmin ümumi intoksikasiyası, fəsadlaşmış folikulyar angina və baş beyin maddəsinin kəskin ödəminin səbəb olduğunu qeyd edib.
R. Atayev 2010-cu ilin yanvarında Xəzər rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. APA
Azərbaycan Ordusu daha bir əsgərini itirib
Milli Ordunun əsgəri dünyasını dəyişib. Bu barədə APA-ya dünyasını dəyişən əsgərin yaxınları məlumat veriblər.




Şərhlər