Azərbaycan Ordusu atəşə tutulub
17 Mart 2011 Cümə Axşamı 10:01
Atəşkəs Qazax və Ağstafa istiqamətində pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 16-da bir neçə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 11.15-dən 11.20-dək Ermənistanın Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 19.11-dən 19.40-dək və 20.55-dən 21.45-dək Ermənistanın İcevan rayonunun Paravakar və Vozaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar