Azərbaycan İrana humanitar yardım göndərib
13 Avqust 2012 Bazar Ertəsi 00:30
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) İranın zəlzələdən zərər çəkmiş bölgəsinə yardım yola salıb.
APA-nın xəbərinə görə, 25 yük maşınından ibarət yardım karvanı FHN-nin Mülki Müdafiə Qoşunlarının Bakıdakı bazasından İrana yola düşüb.
Mülkü Müdafiə Qoşunları Komandanının müavini, polkovnik Aslan Hüseynov deyib ki, yardım karvanında müxtəlif ərzaq məhsulları (içməli su, meyvə şirələri, bitki yağları, düyü, makaron, zeytun və digər zəruri ərzaq məhsulları), həmçinin 40 ton un, 460 çadır və 1000 ədəd yataq dəsti yola salınıb.
A. Hüseynovun sözlərinə görə, yardım karvanının sabah səhər saatlarında İranın zəlzələdən ən çox zərər çəkmiş bölgələrindən olan Əhərə çatdırılması planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: