Hadisə

Azərbaycan əsgəri minaya düşüb

19 yaşlı Mahir Zərbiyevin vəziyyəti ağırdır

· Xəbərçi
Azərbaycan əsgəri minaya düşüb
Azərbaycan Ordusunun əsgəri minaya düşüb. APA-nın məlumatına görə, hadisə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Mahir Tahir oğlu Zərbiyev minanın partlaması nəticəsində ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralanmış əsgərin vəziyyəti stabil ağırdır.

Qeyd edək ki, M. Zərbiyev 2011-ci ildə Yardımlı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər