Azərbaycan əsgəri hərbçi yoldaşını güllələyib
09 Mart 2010 Çərşənbə Axşamı 16:20
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Bakı şəhəri, Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Vasif Rasim oğlu Əliyevin əlindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elçin Məmmədova dəyib. E. Məmmədov yerindəcə dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar