Axtarışda olan şəxsin meyiti Samur-Abşeron kanalında tapılıb
19 Aprel 2012 Cümə Axşamı 23:33
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu gün günorta saatlarında Samur-Abşeron kanalında kişi meyiti tapılıb. ANS PRESS-in Şimal bürosunun məlumatına görə, saat 14:30 radələrində Samur-Abşeron kanalının Qusar rayonun Əcəhur Polosa və Quxuroba kəndləri arasında kanalda sutəmizləyici qurğunun yanında naməlum kişi meyiti aşkar edilib.

İlk olaraq meyiti Qusarın Düztahir kəndinin sakini görərək Qusar Rayon Polis Şöbəsinin Samur bölməsinə məlumat verib.

Qusar Rayon Polis Şöbəsinin Samur bölməsinin rəisi Ədalət Qafarovun ANS PRESS-ə verdiyi məlumata görə, bu meyitin 10 gündən çox axtarışda olan və Samur Polis Bölməsində itkin kimi qeydiyyata alınmış 42 yaşlı Elvan Mirməhəmməd oğlu Bədəlova məxsus olduğu müəyyənləşib. Ə.Qafarovun sözlərinə görə, meyit morqa aparılıb və oradan ailəsinə təhvil verilib.

Hazırda mərhumun hansı səbəbdən kanala düşdüyü Qusar Rayon Prokurorluğunda araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar