Azerbaycan Xalq Cebhesi Partiyasının merkezi qerargahının zirzemisinde partlayış baş verib.
ANS PRESS-in melumatına göre, bu haqda partiyanın metbuat katibi Natiq edilov özünün Facebook sehifesinde melumat paylaşıb.
Onun sözlerine göre, partlayış zirzemideki berberxanada olub. Neticede qerargahın konfrans zalına ciddi ziyan deyib.
ANS PRESS-in Fövqelade hallar Nazirliyinin resmi saytına istinadla verdiyi melumata göre, gece Bakı şeheri, Nerimanov rayonunda ikimertebeli yaşayış binasının zirzemisinde ümumi sahesi 20 kv.m olan berberxanada yanğınla neticelenen partlayış baş verib.
Neticede berberxananın yanar konstruksiyaları yanıb, arakesme divar 30 kv.m sahede uçub. Bina yanğından mühafize olunub. Yanğın saat 04:51-de yanğınsöndürenler terefinden söndürülüb.