Avtoş idarə etdiyi avtomobillə polisi vurdu
31 İyul 2012 Çərşənbə Axşamı 06:29
Müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
Bakı şəhər Baş dövlət yol polisi idarəsinin əməkdaşı xidməti vəzifəsini yeriən yetirən zaman avtomaşın tərəfindən vurulub. Hadisə bu gecə Babək prospektində qeydə alınıb. Məlumata görə, yol patrul xidmətinin inspektoru polis baş serjantı Eldar Eynullayev qara rəngli dövlət qeydiyyat nişanı 90 MJ 584 olan 'VAZ 21015” markalı avtomaşın tərəfindən vurulub.
“Babəkdə xidmət aparırdım. Tağım komandiri dedi ki, yolu bağla qara 015 gəlir onu saxlamaq lazımdı. Mən də bağladım. Gəldi həmin maşın başqa maşının dalında saxladı. Mən yaxınlaşanda maşını sürdü üstümə və məni vurdu tulladı kənara” – deyə zərərçəkmiş Eldar Eynullayev bildirib.
Hadisədən əvvəl isə həmin avtomaşının sürücüsü Füzuli meydanı və paytaxtın mərkəzi küçələrində avtoxuliqanlıq edib. İctimai asayişi pozduğuna görə isə paytaxt polisinə həmin avtomaşının saxlanılması əmri verilib.
Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
Qeyd edək ki, polis əməkdaşı Nizami rayonunda vurulduğundan faktla bağlı araşdırmalar bu rayonun polis idarəsində aparılacaq. Xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını idarə etdiyi avtomaşınla vurub hadisə yerindən yayınan sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun saxlanılması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: