Hadisə

Avtomobil traktorla toqquşdu

“VAZ-21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və traktora çırpılıb.

· Xəbərçi
Avtomobil traktorla toqquşdu
Bu gün günorta saatlarında Göyçay-Bərgüşad yolunun I kilometrliyində, Cəyirli kəndi ərazisində minik avtomobili traktorla toqquşub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəyirli kənd sakini, 24 yaşlı Məhəmməd Abışovun idarə etdiyi “VAZ-21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Avtomobil yolun kənarında dayanan traktora çırpılıb.

Hadisə nəticəsində ölən olmasa da, sürücü Məhəmməd Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Göyçay rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər