Ölkə ərazisində avtomobil oğurluğu ilə məşğul olan şəxslər tutulub.
Quba rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nəsimi rayonu Moskva prospekti, ev 68-də yaşayan İlqar Bəkirovun “VAZ-21011” markalı avtomobili qaçırılıb.
Quba Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini Nurlan Ağamuradov tutulub. Aparılan əməliyyat tədbirləri zamanı onun “VAZ-2106” markalı avtomobili də qaçırması müəyyən edilib.
Xətai rayonunda isə Sabir Ələkbərova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması ilə başlamış cinayət işinin üstü açılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı sakini Ümüd Tağıyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır. ANSPRESS
Avtomobil oğurluğu ilə məşğul olanlar tutuldu
Avtomobil oğurluğu ilə məşğul olan Nurlan Ağamuradov və Ümüd Tağıyev tutuldu.




Şərhlər