Ata və qızı evdə yanaraq öldü
06 Dekabr 2010 Bazar Ertəsi 11:55
FHN binadan 10 nəfəri təxliyyə edə bilib
Mingəçevirdə ata və qızın ölümünə səbəb olan yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 20 kvadratmetr olan 1 otaq və aynabənddən ibarət mənzilin yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər binanın 4-cü mərtəbəsindən 10 nəfər sakinin təxliyyəsini həyata keçirib. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 44 yaşlı Elşad Nurəddin oğlu Həsənovun və onun qızı 2010-cu il təvəllüdlü Xədicə Elşad qızı Həsənovanın cəsədi aşkarlanıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar