Astarada torpaq sürüşməsi baş verib
20 Fevral 2010 Şənbə 14:15
Astara rayonunda torpaq sürüşməsi olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, rayonun Kijəbə qəsəbəsində torpaq sürüşməsi haqqında məlumat daxil olduqdan dərhal sonra Nazirliyin Cənub Regional Mərkəzinin əməkdaşları hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd edilən ərazidə uzunluğu təqribən 180 m, eni 100 m olan sahədə torpaq sürüşməsi baş verib. Nəticədə, sürüşmə ərazisində olan 3 fərdi yaşayış evi qəza vəziyyətinə düşüb.

Hazırda iki yaşayış evinin sakinləri digər yerlərdə məskunlaşıb, digər evin sakinləri isə evin təhlükəli vəziyyətdə olması barədə məlumatlandırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar