Astarada qardaş baçısını öldürdü
14 Mart 2011 Bazar Ertəsi 13:11
Qardaş daha sonra yeznəsini də bıçaqlayıb
Astara rayonunda qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin ilkin məlumatına görə, hadisə dünən baş verib. Rayon sakini Xanoğlan Hacıyev aralarında yaranan mübahisə nəticəsində bacısı Şehri Hacıyevanı bıçaqlayıb. Zərbələr ölümcül olduğundan yaralının həyatını xilas etmək mümkün olmayıb. X. Hacıyev daha sonra bacısının həyat yoldaşına da xəsarət yetirib.
Şübhəli şəxs artıq saxlanılıb. Hadisənin mülk bölgüsü üstündə baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: