Hadisə

Astarada bədbəxt hadisə baş verib

11 yaşlı uşaq yelləncəkdə yellənərkən boğulub.

· Xəbərçi
Astarada bədbəxt hadisə baş verib
Dünən axşam saat 18.00 radələrində Astara rayonunun Şahağacı kəndində bədbəxt hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 11 yaşlı Gündüz Ravil oğlu Dadaşov həyətlərindəki yelləncəkdə yellənərkən ip boğazına dolaşıb. O, təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər uşağın artıq öldüyünü deyiblər.

Qeyd edək ki, Gündüz anasının tək övladıdır. Atası onları atıb Rusiyada yaşadığından körpəlikdən anası ilə birgə dayısının himayəsində böyüyüb.

Astara rayon hüquq-mühafizə orqanlarının rəsmiləri hadisə yerində olublar. Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb və müvafiq maddə ilə cinayət işi açılıb. ANSPRESS

Şərhlər