Astara sakini həmkəndlisini baltaladı
25 Mart 2010 Cümə Axşamı 23:35
Hadisəyə səbəb nişanlı qızın keçmiş sevgilisi ilə görüşməsi olub.
Astarda iki nəfər arasında baş verən mübahisə sonda tərəflərdən birinin baltalanması ilə nəticələnib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Astara rayonunun Şiəkəran kənd sakini olan 23 yaşlı Orxan Bağırovla gecə saat 2 radələrində həmkəndlisi 23 yaşlı Elvin Tağıyev arasında baş verən mübahisə sonucunun ciddi xəsarət alması ilə nəticələnib. Nişanlısının elvinlə görüşməsini eşidən Orxan məsələni balta ilə həll etmək istəyib. O, balta ilə Elvin Tağıyevə çoxsaylı bədən xəsarətləri yetirib. Ağır bədən xəsarəti alan yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda Elvin Tağıyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Astara rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Nəsimi Vəliyevin sğzlərinə görə, zərərçəkmiş Elvin Tağıyevin istintaqa bildirdiyinə görə, o, hərbi xidmətdə olan zaman sevdiyi qız həmkəndlisi Orxan Bağırovla nişanlanıb. Bununla belə, o, əsgərlikdən qayıdandan sonra köhnə sevgililər əvvəlki görüşlərinə davam ediblər. Nişanlısının hərəkətlərindən xəbər tutan Orxan məsələni balta ilə həll etmək qərarına gəlib.
Qeyd edək ki, hadisədən sonra Orxan Bağırov Astara polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: