Türkiyənin paytaxı Ankarada 80 nəfərin işlədiyi generator istehsalı müəssisəsində partlayış baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partlatış nticəsində dördmərtəbəli binanın iki mərtəbəsi çöküb.
Büyükşehir bələdiyyə başqanı Melih Gökçek bildirib ki, partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir. Partlayış baş verib. Hazırda dağıntılar altında qalanların çıxarılması istiqamətində xilasetmə tədbirləri aparılır.
Ankara valisindən verilən məlumata görə isə hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.
İlkin ehtimala görə partlayışa səbəb qaz balonunun partlamasıdır.
Ankarada güclü partlayış
Dördmərtəbəli binanın iki mərtəbəsi çöküb




Şərhlər