Anası ilə mübahisə edən 40 yaşlı kişi özünü yandırdı
02 May 2012 Çərşənbə 10:10
İntihara cəhd edən Lənkəran sakininin vəziyyəti ağırdı.
Ötən gün saat 23.00 radələrində Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Axundzadə küçəsi, 42 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Zülfüqar Xeyrulla oğlu Kazımov üstünə neft tökərək, özünü yandırmaqla intihara cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları alovu söndürərək, təcili onu Lənkəran Mərkəzi rayon Xəstəxanasına çatdırıblar. Ona lazımi tibbi yardım göstərilsə də, vəziyyəti hələ də ağırdı.

İntihara cəhdin səbəbləri araşdırılır. Lakin ilkin versiya kimi Z. Kazımovun intihara cəhd etməsinə anası ilə şəxsi mübahisənin səbəb olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar