Amerikada iki azərbaycanlı casusluq ittihamı ilə həbs olunub
06 Oktyabr 2012 Şənbə 12:47
ABŞ-da casusluq ittihamı irəli sürülən 11 nəfər arasında iki azərbaycanlı da var.
APA-nın məlumatına görə, Rusiyaya qanunsuz olaraq müxtəlif təyinatlı ABŞ texnologiyalarının satışında ittiham olunan şəxslər arasında azərbaycanlılar Sevinc Tağıyeva və Şövkət Abdullayev də var. Onlardan başqa məhkəmə qanunsuz satışın həyata keçirildiyi Arc Electronics şirkətinin rəhbərlərindən Aleksandr Fişşenko, Aleksandr Posobilov, Viktoriya Klebanova, Lyudmila Baqdikyan, Anastasiya Dyatlova və Svetlana Zaqona qarşı rəsmi ittiham irəli sürüb. İttiham aktında Arc Electronics şirkətinin yol təhlükəsizliyinin təminatı məqsədilə elektronika məhsulları istehsal etdiyi bildirilir. Lakin şirkət ikili təyinata malik məhsulların qanunsuz olaraq Rusiyaya satışını təşkil edib bu səbəbdən əməliyyatda iştirak edən şəxslərin casusluq fəaliyyəti ilə məşğul olduğu güman edilir. Rusiya Xarici İşlər Nazirliyi artıq baş verən hadisənin sırf kriminal xarakter daşıdığını və kəşfiyyat fəaliyyəti ilə əlaqədar olmadığını bəyan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar