Hadisə

Almaniyalı menecer “Baku Crystal Hall”dan yıxılaraq ağır xəsarət alıb

Tulu Conotman Frendi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

· Xəbərçi
Almaniyalı menecer “Baku Crystal Hall”dan yıxılaraq ağır xəsarət alıb
“Baku Crystal Hall”da bədbəxt hadisə baş verib. Bu barədə APA-ya Səbail Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. “Baku Crystal Hall”da menecer işləyən, Almaniya vətəndaşı, 1989-cu il təvəllüdlü Tulu Conotman Frendi hündürlükdən yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər