Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Bağ evində yaşayan, 1949-cu il təvəllüdlü Bakı şəhər sakini Əlişir Musayev martın 9-da günorta saatlarında hamam otağında dəm qazından zəhərlənib.
Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Ə. Musayevin vəziyyətinin ağır stabil olduğu bildirilir.
Qeyd edək ki, Ə. Musayev Azərbaycan Elmi-Təhqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru, tibb elmləri doktoru, professor, əməkdar elm xadimidir.
Faktla bağlı araşdırmalar aparılır.
Alim Əlişir Musayev dəm qazından zəhərlənib
Quba rayonunun Amsar kəndində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.




Şərhlər