Ağsuda intihar edən şəxs Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini olub
14 Dekabr 2011 Çərşənbə 17:00
Azərbaycanda özünü güllələyərək intihar edən şəxslə bağlı maraqlı faktlar məlum olub.
Ağsu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dünən rayonun N. Həmzəyev küçəsində yaşadığı evdə özünü öldürən 65 yaşlı Pənahov Böyükkişi Atakişi oğlu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini işləyib. Bir müddət əvvəl o, vəzifədən uzaqlaşdırılıb. B. Pənahovun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilməsə də, onun bir çox xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Baş vermiş hadisə ilə bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ağsu rayonu N. Həmzəyev küçəsi 5 ünvanında yaşayan, 65 yaşlı Pənahov Böyükkişi Atakişi oğlu dekabrın 13-də yaşadığı evdə ov tüfəngindən başından atəş açaraq özünü öldürüb. O, hadisəni törədən zaman evdə tək olub və intihar etməzdən əvvəl evin qapısını bağlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar