Ağstafa rayonunda vətəndaşa məxsus yaşayış evi yanıb.
ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Ağgöl kəndində baş verib.
Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin yanar konstruksiyalarl yanıb.
Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağstafada yaşayış evi yanıb
Ağstafada yaşayış evi yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.




Şərhlər