Ağdaş rayonunda qətl hadisəsi baş verib
07 Mart 2011 Bazar Ertəsi 07:01
Pirəzə kənd sakini 50 yaşlı Qamət Musayev 40 yaşlı Yusif Qasımovu bıçaqlayaraq öldürüb
Ötən gün axşam saat 19:00 radələrində Ağdaş rayonunun Pirəzə kəndində qətl hadisəsi baş verib. Ağdaş Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Pirəzə kənd sakini, 1961-ci il təvəllüdlü Musayev Qamət Rəfi oğlu ilə həmkəndlisi, 1971-ci il təvəllüdlü Qasımov Yusif Ağəli oğlu arasında insident baş verib. Münaqişə zamanı Qamət Musayev bıçaqla Yusif Qasımovun döş qəfəsinə və ürək nahiyəsinə iki zərbə vurub. Y. Qasımov rayon mərkəzinin 40 km-liyində yerləşən Pirəzə kəndindən Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onu xilas edə bilməyiblər. Qətli törədən şəxs tutulub.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: