Ağcabedi şeherinde 14 yaşlı qız intihar etdi
15 Mart 2014 Şənbə 10:42
Öten gün axşam saat 17 radelerinde Ağcabedi şeherinde 14 yaşlı mektebli qız özünü asıb.
Ağcabedi rayon Prokurorluğunun müstentiqi Orxan Semedovun ANS PRESS-e verdiyi melumata göre, 2000-ci il tevellüdlü Ayşen Şaiq qızı Quliyevanın meyiti yaşadığı evin heyetinin yarımtikilisinde damda asılmış halda tapılıb.
Derhal hadise yerine hüquq-mühafize orqanları emekdaşları gedib. eraziye baxış keçirilib. Qızın intihar etdiyi melum olub.
Qeyd edek ki, Ayşen Quliyeva Ağcabedi şeher 3 saylı mektebin 8-ci sinif şagirdidi. Onun özünü ne sebebe öldürmesi ise helelik qaranlıq qalır.
Faktla bağlı cinayet işi başlanıb. İstintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: