Afrikalılarla azərbaycanlılar arasında qan düşdü
17 Avqust 2011 Çərşənbə 17:17
Sankt-Peterburqda düşən dava zamanı dəyənək və bıçaqdan istifadə olunub
Rusiyanın Sankt-Peterburq şəhərinin Nevski rayonunda azərbaycanlılarla afrikalılar arasında dava düşüb. Nəticədə bir Keniya vətəndaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər İdarəsinin Sankt-Peterburq üzrə Baş İdarəsi məlumat yayıb.

Həkimlərin məlumatına görə, Həmrəylik prospekti, ev 1 ünvanından ağır vəziyyətdə 33 yaşlı Keniya vətəndaşı gətirilib. İlkin diaqnoza görə, afrikalıda ağır kəllə-beyin travması, bud nəyihəsində kəsilmiş-deşilmiş yaralar qeydə alınıb.

Hazırda aparılan operativ-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, milli versiyada hücum versiyası öz təsdiqini tapmayıb. Polis əməkdaşlarına məlum olub ki, afrikalı dostu ilə birgə Həmrəylik prospektində Azərbaycan vətəndaşları ilə görüşüb. Onların aralarında mübahisəli maliyyə-kredit məsələsi olub. Görünür, söhbət zamanı bu münasibətlər dalana dirənib və tərəflər arasında dava düşüb. Dava zamanı dəyənək və bıçaqdan istifadə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar