Ötən gün saat 19:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində 33 yaşlı kişi intihar edib. Abşeron rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhəri, Quşçuluq massivi adlanan ərazidə, Beybutov küçəsi ev 101 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Tərlan Azər oğlu Abdullayev evlərinin çardağından özünü asıb. Meyit tibbi ekspertizadan keçirilib.
Tərlan Abdullayevin özünün öldürməsinin səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Abşeronda kişi özünü çardaqdan asıb
Hadisə ötən gün axşam saatlarında baş verib.




Şərhlər