Abşeron rayonunda mənzildə partlayış olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 16-da saat 09.00 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi Şəhriyar küçəsi ev 10-da baş verib.
Burada yaşayan Gülşən Dadaşova evində təbii qazın sızmasından ani partlayış nəticəsində yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Abşeronda evdə partlayış olub
Abşeronda evdə partlayış olub. Xəsarət alan var.




Şərhlər