Amerikanın Ouklend şəhərində (Tennesi ştatı) döyüş sursatları istehsal edən zavodda partlayış baş verib. CNN telekanalının məlumatına görə, dağıntılar aotında bir nəfər qalıb. Onun müəssisənin işçisi olduğu ehtimal edilir. Partlayış zamanı zavodda olan digər şəxslər evakuasiya edilib. Hazırda onlara yardım göstərilir.
Hadisə yerində bir neçə xilasetmə briqadası işləyir. Yerli KİV-in məlumatına görə, zavodda döyüş sursatları partlamaqda davam edir. Bu isə yanğınsöndürənlərin işini çətinləşdirir. Bir yanğınsöndürənin xəsarət alması barədə məlumatlar var.
ABŞ-da döyüş sursatı zavodunda partlayış
Zavodda döyüş sursatlarının partlaması davam edir




Şərhlər