Yay mövsümü başlayandan bəri Bakıda 6 ilan sancması, çimərliklərdə 2-si ölümlə nəticələnən 6 boğulma və 9 günvurma hadisəsi baş verib. Bu barədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS-ə açıqlamasında məlumat verib.
O, anomal istilər şəraitində əhalini ehtiyatlı olmağa çağırıb. Belə ki, yay aylarında küçədə yalnız səhər və axşam saatlarında gəzmək olar. Saat 12-dən 17-ə qədər şəhərə çıxmaq olmaz. Qalan müddətdə isə hərarət yüksək olduqda çöldə durmaq olmaz, kölgə olan yerlərdə orturmaq, sərinləşdirici içkilər qəbul etmək lazımdır. Qida rasionuna da diqqət yetirmək lazımdır. Yüngül həzm olunan qida qəbul etmək daha məqsədəuyğundur. Çünki hərarət yüksək olanda həzm prosesində zəfiləmə olur. ANSPRESS
9 nəfəri gün vurub
9 nəfəri gün vurub. İki nəfər çimərlikdə boğulub.




Şərhlər