71yaşlı qadın özünü 9-cu mərtəbədən atdı
05 Aprel 2012 Cümə Axşamı 12:35
Hadisə Xətai rayonunda baş verib
Ötən gün axşam saatlarında Bakı şəhər Xətai rayonu Cavanşir küçəsi 21 ünvanında intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 07.11.1941-ci il təvəllüdlü Gürcüstanın Bolnisi rayon sakini Gözəl Səməd qızı İmaməliyeva özünü 9-cu mərtəbədən atıb və dərhal ölüb. Onun intihar etməsinə sağalmaz xəstəliyə düçar olması və şiddətli ağrılara dözə bilməməsi səbəb olub.
Belə ki, Gözəl İmaməliyeva ağciyər xərçəngindən əziyyət çəkirmiş və ağrılardan yata bilmirmiş. O, bir gün əvvəl Gürcüstandan Bakıya müalicə üçün gəlib və oğlunun evinə yerləşib. Lakin sonradan sağalmaz xəstəliyə düçar olduğunu anlayayaraq intihar edib. Gözəl İmaməliyeva intihar edən zaman evdə gəlini də olub. Hadisədən şoka düşən gəlin xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, intiharın xəstəlik ucbatından baş verməsi məlum olduğu üçün faktla bağlı cinayət işi açılmayıb.
DOSTLARINLA PAYLAŞ: