54 yaşlı qadın özünü Qusarçaya atıb
14 May 2012 Bazar Ertəsi 10:55
Hadisə Qusarda baş verib.
Qusar rayonunda 54 yaşlı qadın intihar edib. Qusar rayon prokuroru Zahid Vəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, rayonun Xuray kəndində 1958-ci il təvəllüdlü Məlahət Kamal qızı Babayeva intihar edib. O, özünü kənddən keçən Qusarçaya atıb. Hadisə yerinə polis, prokurorluq əməkdaşları və digər hüquq-mühafizə orqanları cəlb olunub. Qadının meyidi sudan çıxarılıb.
İlkin araşdırmalar zamanı Məlaət Babayevanın ruhu xəstə olduğu məlum olub. O bir müddət əvvəl həyat yoldaşından ayrılıb bacısı ilə birlikdə yaşayırmış.
Baş vermiş hadisə ilə bağlı prokurorluğda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: