5 yaşlı Sevincin qəbri açılmayacaq
03 Mart 2011 Cümə Axşamı 22:06
Kəmalə Əliyeva: "Belə qərara gəldik ki, qızın ruhunu incitməyək"
Atası və analığı tərəfindən qətlə yetirilən 5 yaşlı Sevincin qəbri açılmayacaq. Bu barədə ANS-ə müsahibəsində Sevincin əsl anası Kəmalə Əliyeva bildirib. Əvvəl qəbrin açılaraq meyitin yenidən müayinə edilməsini tələb edən Kəmalə Əliyeva qayınları ilə danışıqlardan sonra fikrini dəyişib. “Qayınlarım gəlmişdi, onlarla danışdıq. Belə qərara gəldik ki, qızın ruhunu incitməyək”, - deyə Əliyeva bildirib.
Əliyeva müsahibəsində Sevincin atası tərəfindən döyülməsinə də inanmadığını bildirib. “Mənim həyat yoldaşımdan şikayətim yoxdur. O, Sevinci çox istəyirdi. Hətta məni onu vurduğuma görə dəfələrlə döyüb. Mənim şikayətim analığındandır. Qızımı o öldürüb. Atası qorxusundan Sevinci vurduğunu boynuna götürüb”, - deyə qızın anası əlavə edib.
DOSTLARINLA PAYLAŞ: