40 yaşlı kişi özünü 5-ci mərtəbədən atıb
15 Noyabr 2012 Cümə Axşamı 10:12
Əli Əliyev uzun müddət əsəb xəstəsi olub
Ötən gün Mingəçevir şəhərində 40 yaşlı kişi intihar edib. Mingəçevir şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, şəhərin A.Məmmədov küçəsi ev 1, mənzil 512 ünvanında yaşayan Əli Cümşüd oğlu Əliyev özünü 5-ci mərtəbədən atıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.
Tədqiqat zamanı həm də məlum olub ki, Əli Əliyev uzun müddət əsəb xəstəsi olub və müalicə alırmış.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar