Hadisə

36 yaşlı kişi iş yerində intihar etdi

Hadisə Nəsimi rayonunda baş verib

· Xəbərçi
36 yaşlı kişi iş yerində intihar etdi
Ötən gecə saat 04:00 radələrində Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 2-ci Alatavada yerləşən sexdə işləyən Ağsu rayon sakini, 1976-cı il təvəllüdlü Zaur Yaşar oğlu Dadaşov iş yerində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər