Hadisə

33 yaşlı qadın özünü elektrik dirəyindən asdı

Hadisə Gədəbəy rayonunda baş verib

· Xəbərçi
33 yaşlı qadın özünü elektrik dirəyindən asdı
Gədəbəy rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Gədəbəy şəhər sakini, 1979-cu il təvəllüdlü Yeganə Oqtay qızı Abdullayeva özünü şəhər ərazisində, küçədə basdırılmış elektrik dirəyindən asıb. Məlumata görə, 33 yaşlı Y.Abdullayeva ailəli, 2 uşaq anası olub. Onun hansı səbəbdən özünü asması məlum deyil.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Şərhlər