20 yaşlı Bakı sakini naməlum şəxs tərəfindən bıçaqlanıb
24 Aprel 2012 Çərşənbə Axşamı 07:06
Xəsarət nəticəsində çoxlu qan itirən yaralının hıyatını xilas etmək mümkün olub
Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 20 yaşlı Novruzov Etibar Vaqif oğlu naməlum şəraitdə bıçaqlanıb. Qohumları tərəfindən təcili olaraq xəstəxanaya çatdırılan yaralı dərhal həkim nəzarətinə götürülüb. Müayinə zamanı Etibar Novruzovun bədənində bir bıçaq yarasının olduğu müəyyənləşdirilib. Hadisə zamanı çoxlu qan itirən yaralının həyatı isə həkimlər tərəfindən xilas edilib.
Faktla bağlı Sabunçu rayon polis idarə və15-ci polis bölməsində araşdırmalr başlanılıb. Əməliyytdan sona yaralının huşu özündə olmadığından polislər hələ ki, hadisə ilə bağlı zərərçəkən Etibar Novruzovun izahatını ala bilməyiblər. Bu səbəbdən də Novruzovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Sabunçu rayon polis idarəsində əməlliyyat-istintaq tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: