20-dən çox evi qarət edən gürcü oğru saxlanılıb
31 İyul 2012 Çərşənbə Axşamı 07:28
Bakıya keçən ilə gələn əcnəbi oğru paytaxtda silsilə oğurluqlar törədib.
Nəsimi rayon polis idarəsinin əməkdaşları mənzillərdən oğurluq edən Gürcüstan respublikasının vətəndaşı 39 yaşlı Koba Kvaxadzeni saxlamağa nail olub. Koba saxlanıldığı günə qədər paytaxtın Nəsimi, Nərimanov, Xətai və Yasamal rayonlarında ümumilikdə 20-yə yaxın evdən oğurluq edib. Onun ümumilikdə vətəndaşlara 150 min manata yaxın maddi ziyan vurduğu bildirilir.

“Bakıya 2011-ci ildə gəlmişəm və şəhərin müxtəlif rayonlarında evlərdən oğurluqlar etmişəm. Bu müddət ərzində təxminən 21 evə girmişəm” – deyə Kvaxadze bildirib.

Qeyd edək ki, Koba Kvaxadze evlərə girməzdən əvvəl bir müddət həmin ərazilərdə müşahidələr aparırmış. Axşam saatlarında işıqları yanmayan mənzillərdə heç kimin olmadığına əmin olandan sonra isə Koba oğurluğa məhz həmin evlərə girirmiş. Qapını xüsusi açarlarla açan əcnəbi vətəndaş daxil olduğu evlərdə isə özünü heç də yad kimi aparmayaraq mənzillərdən ancaq pul və qızıl-zinət əşyaları oğurlağa üsdünlük verirmiş. Evlərdən sadəcə qızıl və pul götürdüyünü deyən prşəkar oğru qızılları Gürcüstanda satdığını bildirib.

Maraqlı bir məqam burasındadır ki, Koba Kvaxadze heç vaxt doğma ölkəsi olan Gürcüstanda oğurluq etməyib. Buna qədər isə o, Rusiya federasiyasında da silsilə mənzil oğurluqları etdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb. Bu dəfə isə Koba Kvaxadze barəsində Nəsimi rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. İstintaq zamanı saxlanılan şəxsin başqa cinayətlərdə də əlinin olub-olmamasına aydınlıq gətiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar