15 yaşlı yeniyetmə Kür çayında boğuldu
22 İyun 2012 Cümə 10:36
Köçəri Köçərlinin qardaşını xilas etmək mümkün olub.
Şəmkir rayonunda 15 yaşlı yeniyetmə Kür çayında boğulub. Rayon prokurorunun köməkçisi Elnar Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Kür çayının Şəmkirdən keçən ərazisində Köçəri Köçərli qohumları və qardaşı ilə birgə çayda çimməyə gedib. Suyun dərin olan hissəsinə irəliləyən yeniyetmə qəflətən suda batıb. Axtarış tədbirləri nəticəsində Köçəri Köçərlinin meyiti elə həmin gün sudan çıxarılıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Köçəridən başqa onun qardaşı da suda boğulma təhlükəsilə üzləşib. Qardaşını xilas etmək mümkün olsa da, 15 yaşlı yeniyetməninin həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, son bir ayda Şəmkir ərazisində 4 nəfər çayda boğularaq həyatını itirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar