Şirvan şəhərində 15 yaşlı oğlan Şirvan kollektorunda boğulub. Bu barədə Şirvan şəhər polis şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Şirvan şəhər sakini, T.İsmayılov küçəsi 1, mənzil 43 ünvanında yaşayan, 1995-ci il təvəllüdlü Əhmədov Əhməd Ramiz oğlu bu gün saat 17.00 radələrində Şirvan ərazisindən keçən Baş Şirvan kollektorunda çimmək istəyərkən boğulub.
Hal-hazırda hadisə yerində FHN-nin dalğıcları Ə.Əhmədovun meyitinin axtarışlarını davam etdirir. ANSPRESS
15 yaşlı oğlan Şirvan kollektorunda boğulub
15 yaşlı oğlan Şirvan kollektorunda boğulub. Hazırda onun meyitinin axtarışları davam etdirilir.




Şərhlər