Hadisə

15 yaşlı gənc Kürdə batdı

Hadisə Şəmkir rayonu ərazisində baş verib.

· Xəbərçi
15 yaşlı gənc Kürdə batdı
Kür çayının Şəmkirdən keçən hissəsində bir nəfər batıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Köçəri Şirxan oğlu Əhmədov batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Köçəri Əhmədovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şərhlər