Hadisə

14 yaşlı oğlan kanalda çimərkən boğuldu

Hazırda Quba rayonu ərazisində baş verib

· Xəbərçi
14 yaşlı oğlan kanalda çimərkən boğuldu
Bu gün Qubada 14 yaşlı yeniyetmə Samur-Abşeron kanalında batıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, saat 19.00 radələrində Qubanın Hacıhüseynli kəndinin sakini, 1998-ci il təvəllüdlü Mahmud Əhməd oğlu Maqsudov kanalda çimərkən boğulub.

Məlumata görə, kanalda batmış gəncin axtarışına kənd camaatı, yerli polis, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Quba rayon icra başçısının müavini Yusif Abidovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda kanalda suyun həcmi olduqca çoxdur və bunun qarşısının alınması üçün müraciət olunub. O bildirib ki, suyun axının qarşısı kəsildikdən və sonra batmış gəncin cəsədinin tapılması asanlaşacaq. Hazırda hadisə yerində FHN əməkdaşları axtarışları davam etdirirlər.

Şərhlər