Hadisə

13 yaşlı oğlandan dəhşətli əməl

Qusar sakininin meyidi tövlədə asılmış halda tapılıb.

· Xəbərçi
13 yaşlı oğlandan dəhşətli əməl
Qusarda 13 yaşlı oğlan dəhşətli addım atıb. Qusar rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Yasab kəndində yaşayan 2001-ci il təvəllüdlü Rəşad Cəlilovun meyidi həyətdəki tövlədə asılmış halda tapılıb.

Aparılan araşdırmalar zamanı oğlanın özünü asdığı məlum olub. Hazırda yeniyetmənin intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər