1001 Gecə istirahət mərkəzində silahlı insident olub
17 İyul 2012 Çərşənbə Axşamı 14:27
Bu gücə naməlum şəxs 1001 Gecə istirahət mərkəzində odlu silahla atəş açıb.
Bakının Səbail rayonunda istirahət mərkəzlərindən birində silahlı insident olub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, iyulun 17-də saat 03.00 radələrində Səbail rayonu ərazisindəki "1001 Gecə" istirahət mərkəzində naməlum şəxs odlu silahdan atəş açıb. Nəticədə Bakı şəhər sakini Ramal Bayramovu ölüb, İsmayıllı rayon sakini Səməd Mənsimova isə qol nahiyəsindən xəsarət yetirilib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
DOSTLARINLA PAYLAŞ: