Hadisə

10-cu sinif şagirdi özünü öldürdü

Hadisə Sabirabad rayonunda baş verib.

· Xəbərçi
10-cu sinif şagirdi özünü öldürdü
Ötən gün Sabirabad rayonunda intihar hadisəsi olub. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əsədli kəndində kənd sakini, 1995-ci il təvəllüdlü Mehman Mehdi oğlu Əhmədov özünü yaşadığı evin həyətində dəmir borudan asaraq intihar edib.

Orta məktəbin 10-cu sinif şagirdi olan yeniyetmənin həyatına qəsd etməsinin səbəbləri bəlli deyil. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Şərhlər