1 saylı istintaq təcridxanasında ölüm
27 Mart 2014 Cümə Axşamı 12:50
1 saylı istintaq təcridxanasında saxlanılan 58 yaşlı şəxs dünyasını dəyişib.
Bakının Sabunçu rayonu ərazisində yerləşən 1 saylı istintaq təcridxanasında ölüm hadisəsi baş verib. Adıçəkilən təcridxanada saxlanılan 58 yaşlı Rasim Ağayev dünyasını dəyişib. Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəis müavini İftixar Qurbanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə mart ayının 25-də qeydə alınıb. İdarənin həkimlərinin ilkin ehtimallarına görə, saxlanılan şəxs infartktdan dünyasını dəyişib.

R.Ağayevin ölümünün dəqiq səbəbləri təyin edilmiş ekspertizanın nəticələri açıqlanandan sonra məlum olacaq.

Qeyd edək ki, R.Ağayev Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddəni saxlama, satma, daşıma (234.3) maddəsi ilə təqsirli bilinərək həbs edilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar