Türkiyədə zəlzələ
05 Sentyabr 2014 Cümə 11:24
Antalyada sakinlər və turistlər küçədə gecələyiblər.
Türkiyənin Antalya şəhərində zəlzələ baş verib. Episentri Antalya sahillərində qeydə alınan Rixter cədvəli ilə 5,2 bal gücündə zəlzələ şəhərin inzibati mərkəzi olan Alanya rayonunda hiss edilib.
ANS PRESS-in məlumatına görə, zəlzələ nəticəsində tələfat və dağıntı olmasa da, yeraltı təkanlar sakinlərin və Alanyada istirahət edən turistlərin küçələrə çıxmasına səbəb olub. Təşvişə düşən sakinlər gecəni evlərinin yaxınlığında, turistlər isə qaldıqları otellərin həyətində keçiriblər.
Yeraltı təkanlar Antalyaya yaxın şəhərlərdə də hiss edilib.
DOSTLARINLA PAYLAŞ: