Tayvanda təyyarə körpüyə çırpıldı
04 Fevral 2015 Çərşənbə 09:52
Tayvanda TranAsia havayollarına aid təyyarə havaya qalxdıqdan bir müddət sonra körpüyə çıpılaraq Kilanq çayına düşüb.
Tayvanda “TranAsia” havayollarına aid daxili uçuş həyata keçirən sərnişin təyyarələrindən biri paytaxt Taybeydə havaya qalxdıqdan bir müddət sonra körpüyə çıpılaraq Kilanq çayına düşüb.

ANS PRESS-in məlumatına görə, təyyarənin içərisində qalan və xilasediciləri gözləyən çox sayda sərnişinlərin olduğu bildirilir. Qəza zamanı 53 nəfər sərnişindən ən az 2 nəfərin öldüyü yayılan xəbərlər arasındadır. Lakin ölü sayının artacağı da qeyd edilir. Bu barədə “Taiwan’s Central News Agency” xəbər yayıb.

ATR-72 tipli sərnişin təyyarəsi Taybeydən Sonqşan hava limanından Kinmenşəhəri istiqamətinə uçmağı planlaşdırırmış.

Xatırladaq ki, ötən ilin iyul ayında “tranAsia” havayollarına məxsusu başqa bir təyyarə Tayvanın Penqu arxipelaqı yaxınlığında fırtına səbəbilə qəzaya uğramış və qəzada 48 nəfər dünyasını dəyişmişdi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar